Oynaqlarınız ağrıyırsa, bunları edin


Digərləri 08 İyn 2019 23:20:00 201 0

Oynaqlarınız ağrıyırsa, bunları edin

Oynaq ağrılarının müalicəsində təbii vasitələrə də tez-tez müraciət olunur.  

Son.az e-tibb.az-a istinadən fitoterapevt Füzuli Hüseynovun bununla bağlı iki reseptini təqdim edir. Həkim bildirib ki, oynaq ağrıları üçün bir neçə resept olsa da, bu, reseptlər daha praktik və özünü doğrultmuş sayılır.

1. Ud hindi tozu - 50 qram

Rafinə edilməmiş zeytun yağı - 250 qram

Bunları bir-birinə qarışdırıb, ağzını kip bağlayıb, sobanın (otopleniyanın) üstündə 1 həftə saxlayıb süzmədən istifadə edə bilərsiniz. Bu yağla ağrıyan oynaqları, boyunu və beli gündə 2 dəfə yüngül masaj edin. Sonra üstünü nazik sellofanla örtüb, 2-3 saatdan sonra açıb götürün. Açdıqdan sonra həmin nahiyədə yağın sorulduğunu görəcəksiniz. Oynaqları yumşaltmaq, elastiləşdirmək, ağrıları götürmək üçün əla bir vasitədir.

2. Spirt - 250 qram