Avtomobil çaya düşdü - 5 ölü


Digərləri 08 İyn 2019 23:01:41 203 0

Avtomobil çaya düşdü - 5 ölü

İranın qərbində yerləşən Lorestan vilayətinin Brucerd rayonunda avtomobil çaya düşüb.

Bakı. Elnur Bağışov - İranın qərbində yerləşən Lorestan vilayətinin Brucerd rayonunda avtomobil çaya düşüb. Trend-in məlumatına görə, faktı İranın Lorestan vilayəti Brucerd rayonunun Qırmızı Aypara Cəmiyyətinin direktoru Məhəmməd Kərəmi təsdiqləyib. M.Kərəminin sözlərinə görə, avtomobilin çaya aşması nəticəsində hadisə yerində iki nəfər, yaralılar xəstəxanaya çatdırılarkən 5 nəfər həlak olub.