Ən çox qadınları narahat edən problem: Çiyindən qola doğru yayılan ağrı...


Digərləri 08 İyn 2019 22:20:00 236 0

Ən çox qadınları narahat edən problem: Çiyindən qola doğru yayılan ağrı...

Çiyin şikəstlikləri həyat şərtlərinin dəyişməsi səbəbindən günümüzdə olduqca sıx rast gəlinən problemlərdən biridir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu ortoped-travmatoloq, uzman doktor Rəşad Zeynalov açıqlayıb. Onun sözlərinə görə, çiyin şikəstliklərinə hər on adamdan birində rast gəlinir. Xüsusilə yuxarı yaş qrupundakı qadınlarda və ev xanımlarında daha sıx görülür. Hərəkət qabiliyyəti çox olan çiyin oynağı, qol və əlin də ağırlığını daşıyır. Buna görə gündəlik həyat fəaliyyətləri əsnasında yaralanmalara ən çox məruz qalan oynaqdır.

Çiyindən qola doğru yayılan ağrı çiyin zədələnmələrində ilk əlamətlərdəndir. Xüsusilə başın üstündə olan fəaliyyət zamanı ağrı, sıxışma sindromu bu problemin olduğuna işarə edir. Ağrı olduğu üçün də hərəkət məhdudluğu meydana gəlir. Əgər belə problemlərlə üzləşirsinizsə, həkim-travmatoloqa müraciət etməyiniz məsləhətdir.