Sidik yolu infeksiyaları:


Digərləri 08 İyn 2019 21:35:00 254 0

Sidik yolu infeksiyaları:

Yaşından asılı olmayaraq bir çox insanlarda sidik yolu infeksiyalarına rast gəlinir. Əksər hallarda əhəmiyyət verilməyən sidik yolu infeksiyaları böyük fəsadlara da səbəb olur. E-tibb.az uroloq-androloq, uzman həkim Ülviyyə Əliyevanın sidik yolu infeksiyaları ilə bağlı fikirlərini təqdim edir:

Sidik yolu infeksiyası, normalda steril olan (mikrob ehtiva etməyən) sidiyin, bakteriyalar və ya göbələklər səbəbindən mikrobioloji xəstəliyidir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, sidik yolu infeksiyalarını tipinə, şikayətlərinə, təkrarlanıb-təkrarlanmamasına və bəzi faktorlara görə fərqli kateqoriyalara bölmək olar. Tipə görə, sidik kisəsi infeksiyasına sistit, böyrəyin infeksiyasına piyelonefrit deyilir.

Sidik kisəsi və böyrəkdə yox, ancaq sidikdə bakteriyaların olduğu və xəstənin hər hansı bir şikayətinin olmadığı hala isə asimptomatik bakteriyalar deyilir.

Bakteriyanın yayılıb qana qarışması və sağlamlığı ciddi təhdid edən bir vəziyyət isə urosepsis adlanır. Bu, klinik hallardan ən çox qorxulu olanıdır.