Gözlərin altında tündləşmə nələrdən xəbər verir?


Digərləri 08 İyn 2019 21:20:00 192 0

Gözlərin altında tündləşmə nələrdən xəbər verir?

Gözlərin altında rəngin birdən-birə dəyişməsi normal hal sayılmır. Mütəxəssislərə görə, göz altında tündləşmə genetik, anadangəlmə də olur. Sonradan meydana gələn tündləşmə isə bir çox xəstəliklərin əlaməti ola bilər deyə bu hala diqqət etmək lazımdır.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bu, yuxusuzluq, nizamsız həyat tərzi, alkoqol qəbulu, siqaret çəkmək, venoz qan dövranının pozulması və s. amillərlə əlaqəli ortaya çıxa bilər.   

Ekzemalar nəticəsində də göz altlarında tünd rəngin yaranması mümkündür.

Dəmir çatışmazlığı, bəzi qaraciyər və böyrək narahatlıqları da belə hala səbəb olur.

Göz altı dərisi daha incə olduğu üçün oradan keçən damarlar daha qabarıq görünür və daxili orqanlarda olan problemlər ilkin olaraq məhz orada özünü büruzə verir.

Göz və göz çevrəsi şəxsin yaşını, sağlıq və psixoloji vəziyyətini aydın göstərən bölgədir.