Körpənin həyatı üçün möcüzəvi qida


Digərləri 08 İyn 2019 21:25:00 236 0

Körpənin həyatı üçün möcüzəvi qida

Körpələrin qidalanması üçün ana südünün çox böyük xeyri var. Körpə istənilən bahalı qidalar verilsə də, onların heç biri ana südünü əvəz edə bilməz.

Ana südünün əvvəli proteinlə, sonu isə yağla zəngin olur. Bu da uşağın doymasına və sürətlə çəkisinin artmasına səbəb olur. Ana südü eyni zamanda bir çox infeksiyaları öldürə bilir. Su çiçəyi, qızılça və digər xəstəliklərdən ilk 9 ayda körpəni qoruyur.

Ana südü yeyən uşaqların IQ-sü daha yüksək olur. Ana südü uşağın daxili orqanlarının düzgün inkişaf etməsinə kömək olur. Dış çıxması zamanı uşağın bu prosesi daha yüngül keçirməsinə kömək olur. Ana südü ilə qidalanan qız uşaqlarının gələcəkdə döş xərçənginə tutulma riski azalır. Ana südü içən körpələr ac olan kimi daha tez qida ilə (ana südü ilə) təmin olunduğu üçün körpə daha az ağlayır. Eyni zamanda ana südü körpənin ağzının təmiz və təravətli qalmasına kömək edir.