Hansı təbii qidalar toxumaları bərpa edir?


Digərləri 08 İyn 2019 21:05:00 234 0

Hansı təbii qidalar toxumaları bərpa edir?

İnsan orqanizmi dayanmadan regenerasiya rejimində olur. Bu proses olmadan orqanizmdəki toxumalar var ola bilməz. Lakin bəzi xəstəliklər regenerasiyanı ləngidə, poza bilər. Bu zaman köməyimizə təbii qidalar gəlir. Bəs hansı qidalar toxumaların bərpasına kömək edir?

Son.az e-tibb.az-a istinadən bildirir ki, Mərkəzi Neftçilər Xəstəxanasının hazırladığı bu məlumatda həmin qidaların adları açıqlanıb.

Sinir toxumalarını bərpa edən qidalar: zəncəfil, kərəviz, qaragilə, jenşen, adaçayı.

Qaraciyərin bərpasına kömək edən məhsullar: Biyan kökü, zəncəfil, oreqano, jenşen.

Mədəaltı vəzin bərpasına yardım edən məhsullar, insulin hasil edən bitkilər: zirə, zəncəfil, avokado, zirinc, yemiş, brokoli.

Hormon (estrogen, progesteron və testosteron) ifrazına təsir edənlər: C vitamini ilə zəngin olan qidalar.