Saç tökülməsinə görə edilən yanlışlar


Digərləri 08 İyn 2019 20:40:00 234 0

Saç tökülməsinə görə edilən yanlışlar

Saç tökülməsi bir çox amillərlə izah olunur. Bir çoxları bunun gündəlik vərdişlər səbəbindən baş verdiyini düşünürlər. Məsələn, saçları yığmaq, bağlamaq, tez-tez yumaq, fenləməyin saç tökülməsinə səbəb olduğu barədə fikirlərə tez-tez rast gəlirik.    

Mütəxəssislər isə hesab edir ki, əslində belə deyil.

Son.az e-tibb.az-a istinadən bildirir ki, əslində papaq qoymaq, saçları bağlamaq, tez-tez yumaq saç tökülməsinə səbəb olmur. Saç tökülməsi xarici səbəblərlə bağlı deyil. Saçları tökülən şəxslərdə genetik amillər və ümumi sağlamlıq vəziyyətini araşdırmaq lazımdır.

Qeyd olunur ki, saç tökülməsi, qırılması zamanı görülən tədbirlərin də çoxu yanlışdır və heç bir elmi əsası yoxdur.

Məsələn, saçlar tökülürsə, qırılırsa, onlara bal, zeytun yağı, yumurta çəkmək yanlışlardan biridir. Qırıq saçları kəsmək lazımdır. Saçların tökülməsinə qan azlığı, dəmir defisiti səbəb olubsa, bunu aradan qaldırmaq lazımdır. Saçları fenləmək, ütüləmək kimi isti verən prosedurları mümkün qədər azaltmaq lazımdır.

Sarımsaq, çobanyastığı, gicitkən şampunu istifadə etməklə saç tökülməsinin dayanacağını gözləmək də yanlışdır. Əgər bir şəxsin saç dərisi çox həssasdırsa,  şampunun içərisindəki hansısa maddə allergiya yaradırsa, o zaman tərkibi kimyəvi maddələrlə minimum olan şampunlar məsləhət görülə bilər.