Yevlaxda dəhşət: 53 yaşlı kişi məktəb stadionunda ölümcül bıçaqlandı


Digərləri 08 İyn 2019 20:00:00 179 0

Yevlaxda dəhşət: 53 yaşlı kişi məktəb stadionunda ölümcül bıçaqlandı

Yevlaxda orta məktəbin stadionunda bıçaqlanma hadisəsi baş verib.

Bakı. Samir Əli - Yevlaxda orta məktəbin stadionunda bıçaqlanma hadisəsi qeydə alınıb. Trend-in məlumatına görə, hadisə rayonun Malbinəsi kəndində baş verib. Kənd sakini, 1996-cı il təvəllüdlü Cəfərov Həsən Ələsgər oğlu qısqanclıq zəminində həmkəndlisi, 1966-cı il təvəllüdlü Məmmədov Emin İsmət oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində H.Cəfərov üzərində gəzdirdiyi bıçaqla E.Məmmədovun baş, qarın və sinə nahiyəsinə 8 bıçaq zərbəsi endirərək onu öldürməyə cəhd edib. H.Cəfərov E.Məmmədovun öldüyünü zənn edərək hadisə yerindən uzaqlaşıb və könüllü şəkildə Yevlax Rayon Polis Şöbəsinə gəlib, törətdiyi olay barədə məlumat verib. O hadisəni qısqanclıq zəminində törətdiyini deyib.