Quru öskürəkdən necə xilas olaq? –


Digərləri 08 İyn 2019 19:31:00 240 0

Quru öskürəkdən necə xilas olaq? –

Adətən soyuqdəymə olanda öskürəklə müşahidə edilir. Gecə saatlarında artan öskürək bəzən bizi yuxusuz qalmağa vadar edir. Bu durumla üz-üzə qaldıqda mütləq həkimə getmək lazımdır. Lakin ilkin olaraq əlçatanalığı nəzərə alıb, ev şəraitində bəzi üsulları tətbiq etmək olar. Bunun müəyyən qədər köməyi olur.   Öskürəyə təsir edən amillər.   •    Son.az medicina.az-a istinadən bildirir ki, 1 almanın qabığını soyun, bir neçə dənə də çəyirdəyini götürün. Cökə çiçəyi, 2 ədəd mixək, darçın qabığı, bir dilim limon. Bunların  hamısını qarışdırıb, qaynadın. Məhlulu ilıq formada içmək lazımdır. UŞAQLAR ÜÇÜN DƏ İSTİFADƏ ETMƏK OLAR.

•    1 çay qaşığı bala zəncəfil tozu qatın. Qarışdırıb qəbul edin. Bu məcun öskürəyə və boğaza yaxşı təsir edir. UŞAQLARA OLMAZ!

•    İki çay qaşığı bəhməzə biraz qara istiot qatıb qarışdırın. Hər gün bir qaşıq qəbul edin. Bir-iki günə öskürək keçib gedəcək. YETİŞKİN İNSANLAR İSTİFADƏ EDƏ BİLƏR.

•     İki çay qaşığı tut bəhməzi və biraz qara istiotu qarışdırın. Hazırlanan qarışıqdan gündə iki dəfə yemək olar. İki günə öskürək bəlasından azad olacaqsınız. YETİŞKİN İNSANLAR İSTİFADƏ EDƏ BİLƏR.

•    Bir çay qaşığı qara istiotu 1 çay qaşığı bal ilə qarışdırın. Bunu qəbul etdikdən sonra süd için. BU DÜSTUR YETİŞKİNLƏR ÜÇÜN TƏSİRLİDİR.

•    Qabıqlı alma, darçın, zəncəfil, cökə çiçəyi, heyva və qabıqlı limon qaynadıb suyunu için. Sinəni yumşaldır və öskürəkdən xilas edir.

•    Uşağınız yuxuya gedəndə otaq temperaturundakı balı kürəyinə sürtün. Üzərinə kağız və yaxud quru salfet sərin. (ətrafa bulaşmasın deyə sarıya da bilərsiniz.) bu üsulu 2-3 dəfə təkrar edin, öskürək kəsiləcək.