Ukraynanın Avropa İttifaqına qəbulunun tarixi açıqlandı


Dünya 08 İyn 2019 19:37:00 181 0

Ukraynanın Avropa İttifaqına qəbulunun tarixi açıqlandı

Ukrayna Ali Radasının spikeri Andrey Parubiy bəyan edib ki, ölkəsi Avropa İttifaqına 2025-2027-ci illərdə qəbul oluna bilər.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Ukrayna parlamentinin saytında yer alan məlumatda deyilir.

Parubiy bildirib ki, bu, Avropa İttifaqı Şurasında Polşa və Litvanın sədrlik edəcəyi dövrə təsadüf edə bilər.

O qeyd edib ki, artıq üç ölkənin parlament sədrləri Ukraynanın Avropa İttifaqına qəbuluna dair strategiya ilə bağlı sənəd imzalayıblar.