Şirniyyatdan imtina etməli olduğunuzu göstərən 7 əlamət –


Digərləri 08 İyn 2019 19:24:00 253 0

Şirniyyatdan imtina etməli olduğunuzu göstərən 7 əlamət –

Aramızda elə insan yoxdur ki, artıq günlük, aylıq şirniyyat, şəkər normasını aşmasın. Çoxları qəndsiz çay içmir, şirin çay sevir, hətta şirin çayla peçenye, şirniyyat yeyir. Uşaqlar isə səhərdən axşama kimi konfet, şirniyyat yeyir.

Mütəxəssislər bildirir ki, qənd, şəkər narkotik kimidir, asılılıq yaradır. Bəs artıq şəkərə, şirniyyata əlvida deməyin vaxtı çatdığını necə bilmək olar?

Son.az medicina.az-a istinadən  orqanizmin şəkərdən zəhərləndiyini və şirniyyatdan imtinanın lazım olduğunu göstərən əlamət və siqnalları təqdim edir. Əgər sizdə bu əlamətlərdən 3-4-ü varsa, şəkərdən imtina etməlisiz.

1.Daimi yorğunluq, enerjisizlik

Əvvəl nənələr deyirdi ki, gücün yoxdursa, şirin çay iç. Həqiqətən də beyin, orqanizm şəkər daxil olduqdan sonra qısa müddət də olsa güclənir, sanki oyanır. Amma bu aldadıcı təsirdir. Əslində isə bu beynin şəkərdən asılı olduğunu, zəhərləndiyini göstərir. Siz gücü təbii qidalardan və faydalı mənbələrdən almağa alışmalı və beyini də buna öyrəşdirməlisiz.

2. Gözlərin altının qaralması, dırnaq və saçlarla problem

Şəkər qanda adrenalini artırır, bu da gözlərin altını tündləşdirir. Eləcə də şəkər dəri və dırnaqların stukturunu pozur, dərialtında iltihab yaradır.

3. Daim şirin qidaya iştaha

Dayanmağın siqnalıdır - gündüz-gecə gözün şirniyyat axtarırsa, tort, pirojna dəlisisənsə, deməli, vəziyyət kritikdir.

4.Tez-tez qrip, zökəm və viruslara yoluxmaq

Şəkər immuniteti zəiflədir, ona görə insan infeksiya, qrip, viruslara asan yoluxur, sağalmağı da gec çəkir.