"Lütün, kasıbın birinə ərə getdin"


Şou-biznes 08 İyn 2019 18:30:00 395 0

"Lütün, kasıbın birinə ərə getdin"

Müğənni Səidə Dadaşova "5/5" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi evi olmadığını, kirayədə qaldığını deyib. Səidə aparıcının "Ər çörəyi yeyə bilmirsən? Eləsinə gedərdin ki, evi, maşını, işi, var-dövləti olardı. Lütün, kasıbın birinə ərə getdin" sözlərinə belə cavab verib: 

"Yoldaşımın öz, mənim öz işim var. Hər şey nə pulla, nə varla ölçülür. O, mənim var-dövlətimdir. Mənə Rafael kimi bala bəxş edib. Bu mənim üçün böyük hədiyyədir. Nə olsun kirayədə qalıram. Gedib başqasından borc alıb vermirəm ki... Özümüz qazanıb kirayə pulun da ödəyirik".

Qeyd edək ki, Səidə Xalq artisti Rafael Dadaşovun qızı, Brilliant Dadaşovanın bacısı qızıdır.