Azərbaycanda yerli taxılın tədarükü artırılır


Digərləri 08 İyn 2019 18:00:00 200 0

Azərbaycanda yerli taxılın tədarükü artırılır

Azərbaycanda yerli taxılın tədarükü artırılır

Bakı. Rövşən Hüseynov - Azərbaycanda yerli taxılın tədarükü artırılır. Bunu Trend-ə Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri, “Karat Holding” MMC-nin rəhbəri Taleh Qasımov deyib. Onun sözlərinə görə, Beyləqan və Samuxdan gətirilən taxıl yüksək keyfiyyəti ilə fərqlənir: “Yerli taxıl əsasən dördüncü sinfə aiddir, amma yeni toxum sortları daha keyfiyyətlidir. Beyləqan və Samuxdan daha keyfiyyətli buğda gətirilir, ona görə də biz yerli taxılın tədarükünü artırırıq”.