Bakıda oğru qardaşlar tutuldular


Kriminal 08 İyn 2019 17:46:00 267 0

Bakıda oğru qardaşlar tutuldular

Bakıda avtomobillərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən MilliAz-a verilən məlumata görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində 2 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Biləcəri qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş S.Məmmədov və qardaşı Z.Məmmədov saxlanılıblar.