Paytaxtda zəncirvari qəza:


Digərləri 08 İyn 2019 17:40:00 219 0

Paytaxtda zəncirvari qəza:

Paytaxtın Nizami rayonu Qara Qarayev, Neftçilər və Babək prospektinin kəsişməsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. 

Son.az oxu.az-a istinadən bildirir ki, "Toyota" markalı minik maşını hərəkətdə olarkən digər üç "Mercedes" markalı avtomobillərlə toqquşub.

Baş verən qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib, hərəkətə maneələr yaradıb. 

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzanı törədən "Toyota" markalı avtomobilin sürücüsü yüngül xəsarət alaraq Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb. 

Faktla bağlı araşdırma aparılır.