Azərbaycanda unikal muzey: “Təpəgöz”, insan külü, mumiya FOTOREPORTAJ


Digərləri 08 İyn 2019 16:50:00 267 0

Azərbaycanda unikal muzey: “Təpəgöz”, insan külü, mumiya  FOTOREPORTAJ

Təpəgöz"ə bənzəyən uşaq, siyam əkizləri, yırtıq beyin, uşaq skeletləri, mumiyalar və hətta insan külü...

Son.az oxu.az-a istinadən bildirir ki, bütün bunlar Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının nəzdində fəaliyyət göstərən Anatomiya Muzeyində nümayiş olunur. Muzey buna görə də öz unikallığı ilə seçilir. İctimaiyyətə açıq olmayan və yalnız Tibb Universitetinin müəllim və tələbələri üçün yaradılan muzeyin 2018-ci ildə təqdimatı keçirilib. 

Muzeydə ümumilikdə 24 minə yaxın eksponat saxlanılır. Dünyada bu cür fəaliyyət göstərən bütün muzeylərin istər sahə baxımından, istərsə də eksponat sayı baxımından ən böyüyü məhz Azərbaycan Tibb Universitetindədir. Tədris muzeyi 2017-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən ictimai əsaslarla qeydə alınıb.

Muzey ümumilikdə dörd hissədən ibarətdir: Eybəcərliklər, Dayaq hərəkət aparatı, Daxili orqanlar, Sinir sistemləri muzeyləri.

Burada döl formasında və anomaliya ilə doğulan uşaqlar var. "Coclopiya", yəni "Təkgözlülük" sindromundan əziyyət çəkdiyi üçün dünyasını dəyişən uşaq və siyam əkizi olan bacılar ən diqqətçəkən eksponatlardandır.

Burada XVII əsrə aid yeddi mumiya da qorunur. Sovet dövründə tapılan mumiyaları eksponat kimi bir çox ölkələrə göndərirdilər. Lakin bu mumiyalar Azərbaycandan tapılanlardır. Ehtimal olunur ki, havasız yerdə öldükləri üçün kimyəvi yox, təbii yolla mumiyalanıblar.