Energetika Nazirliyində energetika sektorunda islahatların sürətləndirilməsinə dair kollegiya iclası keçirilib


Digərləri 08 İyn 2019 16:44:35 183 0

Energetika Nazirliyində energetika sektorunda islahatların sürətləndirilməsinə dair kollegiya iclası keçirilib

Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib.

Bakı. Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib. Trend-in məlumatına görə, iclasda Energetika Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndiirlməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli sərəncamından irəli gələn vəzifələrin icrasına dair müzakirələr aparılıb. Bu sərəncamın energetika sektorunun hərtərəfli və müasir tələblərə uyğun inkişafı üçün zəmin yaratdığını deyən Energetika naziri Pərviz Şahbazov bildirib ki, bu sahədə islahatların aparılması üçün təkliflərin verilməsinin Energetika Nazirliyinə həvalə edilməsi ilə naziriliyin üzərinə böyük məsuliyyət düşür: “Sərəncamda elektroenergetika, bərpa olunan enerji, qaz, istilik təchizatı sahələri, səmərəlilik, o cümlədən, “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası” və müvafiq qanun layihələri üzrə təkliflərin hazırlanması üçün konkret müddətlər nəzərdə tutulub. Beynəlxalq təcrübə nəzərə alınmaqla bu işlərin vaxtında yerinə yetirilməsi üçün bütün istiqamətlər üzrə qısa müddətdə işçi qrupları yaradılmalı, konkret vəzifələr müəyyənləşidirlməli və Tədbirlər Planı qəbul edilməlidir”. İclasda sərəncamdan irəli gələn vəzifələr üzrə kollegiya üzvlərinin təklifləri dinlənilib, nazirliyin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.