Niyə teztez “yer ayağımızın altından qaçır”?


Digərləri 08 İyn 2019 16:17:00 252 0

Niyə teztez “yer ayağımızın altından qaçır”?

Son günlər Azərbaycan ərazisində qeydə alınan yeraltı təkanların sayı artıb. Əksər hallarda bu zəlzələlər hiss olunmasa da, müəyyən narahatlıqlar yaradır. 

Son.az bildirir ki, məsələnin aktuallığını nəzərə alaraq, oxu.az-ın əməkdaşı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı ilə əlaqə saxlayıb. 

V.Rafiqqızı saytımıza açıqlamasında bildirib ki, Xəzər dənizində olan zəlzələnin maqnitudası yüksəkdir və ərazi seysmik baxımından aktiv zonadır:

"Orada həmişə zəlzələ olur. Son zəlzələ zamanı maqnitudanın artması müşahidə olunur. Bu da oradakı zəlzələ ocaqlarındakı proseslərlə bağlıdır".

Vüsalə Rafiqqızının sözlərinə görə, dənizdə olan zəlzələ ocaqları sahildən uzaqda yerləşirsə, ətrafa elə də təsiri olmur.

"Zəlzələ neft platformaları ətrafında olduqda hasilata təsir etməsi ehtimalı var. Bir neçə gün ərzində baş verən zəlzələlər isə sahilyanı ərazilərdə 3 bala yaxın hiss edilib.