Nazir: "Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 23 faiz artıb"


Digərləri 08 İyn 2019 15:19:00 219 0

Nazir: "Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 23 faiz artıb"

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bu ilin birinci rübündə 23 faiz artıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilmiş tədbir zamanı deyib.

O bildirib ki, iki ölkə arasında artım üçün böyük potensial mövcuddur. Nazirin sözlərinə görə, Azərbaycan tərəfi kənd təsərrüfatı məhsullarının Rusiya bazarına razılaşdırılmış müddətdə çatdırılması üçün istehsal, emal, logistikanı təmin etməyə və rusiyalı tərəfdaşları ilə birgə zəruri işləri görməyə hazırdır.

Ş.Mustafayev daha sonra Azərbaycanla Rusiya arasında nəqliyyat sahəsində əməkdaşlıq barədə danışaraq "Şimal-Cənub" marşrutunu xüsusi qeyd edib: