Ağsuda yük avtomobili anidən aılışdı VİDEO


Digərləri 08 İyn 2019 14:52:00 225 0

Ağsuda yük avtomobili anidən aılışdı  VİDEO

Ağsuda "Ford" markalı yük avtomobili yanıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Muğanlı - İsmayıllı yolunun 13 kilometrliyində - Ağsu rayonu ərazisində baş verib.

Belə ki, Bakıdan İsmayıllı istiqamətində hərəkət edərkən avtomobilin mühərrik hissəsində anidən yanğın baş verib.

Bakı şəhəri Xətai rayon sakini, 1985-ci il təvəllüdlü Sərdarov Daşqın Rəhim oğlunun idarə etdiyi 99-TX-312 dövlət nömrə nişanlı "Ford" markalı yük avtomobili alışıb. Sürücü çətinliklə canını qurtara bilsə də, "Ford"un yanar konstruksiyaları yararsız vəziyyətə düşüb.

Hadisə yerinə İsmayıllı rayon FHN-nin Dövlət Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən maşını cəlb olunub.

Qeyd edək ki, hadisənin baş verməsinə elektrik sistemində baş verən qısaqapanmanın səbəb olduğu ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.