Bakıda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tədbir keçirilib (FOTO)


Digərləri 08 İyn 2019 14:50:00 187 0

Bakıda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tədbir keçirilib (FOTO)

“Birlik” xeyriyyə təşkilatı İçərişəhərdə “La Mangerie Baku” restoranında valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tədbir keçirib

Bakı. Cani Babayeva - İçərişəhərdə “La Mangerie Baku” restoranında “Birlik” xeyriyyə təşkilatı valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tədbir keçirib. Trend-in məlumatına görə, tədbir 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub və “Birlik” təşkilatının rəhbərləri Murad Qulubəyli və Cəlil Xudiyevin təşəbbüsü ilə keçirilib. Tədbirdə paytaxtın 3 internat məktəbindən ümumilikdə 36 uşaq, media nümayəndələri və sənətçilər iştirak edib. Tədbirin musiqili hissəsində Əməkdar artist Tünzalə Ağayeva və müğənni Xəyyam Nisanov iştirak edib. Həmçinin uşaqlar üçün animatorlar tərəfindən şou nümayiş etdirilib.