Azərbaycanda ən çox ölümə səbəb olan xəstəlik hansıdır?


Digərləri 08 İyn 2019 14:26:00 201 0

Azərbaycanda ən çox ölümə səbəb olan xəstəlik hansıdır?

Dünyada 25-40 yaşlı insanlar arasında ürək xəstəliyi gəncləşib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Klivlend Klinikasının kardioloqu Murat Tuzcu deyib.

Onun sözlərinə görə, indi 25-40 yaşlı insanlar 50 il əvvəlki dövrlə müqayisədə fərqli həyat tərzi keçirirlər: "Onlar günlərini ya televizor, ya da kompüter qarşısında oturaraq, hərəkət etmədən keçirirlər. Bu, sonradan kökəlməyə səbəb olur: "Dünyada ürək xəstəliklərinin artmasının iki əsas səbəbi var. Ürək xəstəlikləri üçün ən önəmli risk faktoru yaşdır. Yaş artdıqca ürək-damar xəstəliklərinə məruzqalma şansı artır. Digər səbəb həyat tərzimiz - çox yemək, fiziki hərəkət etməmək, piylənmədir. Bu amillər olduğu zaman insanda ürək xəstəliklərinin olması çox normaldır. Bundan başqa, stress, siqaret çəkmək, havanın çirklənməsi də ürək xəstəliyi riskini yüksəldir".

M.Tuzcu əlavə edib ki, 30-40 il əvvəl infarkt diaqnozu ilə xəstəxanaya gələn 3 nəfərdən biri dünyasını dəyişirdisə, indi 30 nəfərdən biri ölür. Başqa sözlə, indi insanlar ürək xəstəsi olsalar da, uzun müddət həyatda qala bilirlər.