Sinə böyütmə əməliyyatına 7 min xərcləyən qadın peşman olub:


Digərləri 08 İyn 2019 13:45:00 335 0

Sinə böyütmə əməliyyatına 7 min xərcləyən qadın peşman olub:

Sinə böyütmə əməlyyatı üçün 7000 dollardan çox pul xərcləyən qadın silikonlarını çıxartdırıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, sinəsinə silikon qoydurduqdan sonra sağlamlığı ilə bağlı problemlər çəkdiyini görən qadın əvvəlki halına qayıtmaq üçün yenidən əməliyyat olunub.

Avstraliyada yaşayan Sarah Hyde adlı qadının dediyinə görə, sinəsinə silikon qoydurduqdan sonra onun seks fəaliyyəti tamamilə zəifləyib.

5 il əvvəl əməliyyata girən Sara Instagram-da status yazaraq qadınları silikon qoydurmaqdan çəkinməyə çağırıb. O bildirib ki, əməliyyatdan sonrakı 5 il ərzində daim yorğunluq hiss edib, cinsi istəksizlik yaranıb və mensturasiyasında gecikmələr baş verib.


Xəbərə aid fotolar