Bakıda Ümumdünya Velosiped Günü qeyd edildi (FOTO)


Digərləri 08 İyn 2019 13:41:34 229 0

Bakıda Ümumdünya Velosiped Günü qeyd edildi (FOTO)

3 iyun – Ümumdünya Velosiped Günü ilə əlaqədar Bakıda daha bir velosiped yürüşü təşkil edilib.

Bakı. 3 iyun – Ümumdünya Velosiped Günü ilə əlaqədar Bakıda daha bir velosiped yürüşü təşkil edilib. Trend-in məlumatına görə, Türkmənistan Respublikasının Azərbaycandakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə baş tutan yürüşdə 50-dən artıq velosipedçi iştirak edib. Veloyürüş iştirakçıları arasında Türkmənistanın Azərbaycandakı səfiri Məkan İşanquliyev və səfirlik əməkdaşları, digər xarici ölkələrin diplomatik nümayəndəliklərinin işçiləri, həmçinin Azərbaycan Velosiped İdmanı Federasiyasının idmançıları olub.