Hərbi Dəniz Qüvvələrinin Göyərtə qrupunun NATO standartlarına uyğun qiymətləndirilməsi keçirilib


Digərləri 08 İyn 2019 13:26:53 206 0

Hərbi Dəniz Qüvvələrinin Göyərtə qrupunun NATO standartlarına uyğun qiymətləndirilməsi keçirilib

Hərbi Dəniz Qüvvələrinin Göyərtə qrupunun NATO standartlarına uyğun qiymətləndirilməsi müvəffəqiyyətlə keçirilib

Bakı. Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun “Dənizdə qadağa əməliyyatları” üzrə NATO standartlarına uyğun 2-ci səviyyəli özünüqiymətləndirməsi (SEL-2) keçirilib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, NATO-nun Nortvud Hərbi Dəniz Qərargahının nümayəndələrinin müşahidəsi ilə icra edilən SEL-2-in əsas məqsədi Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun fəaliyyətinin və təchizatının Şimali Atlantika Alyansının standartlarına uyğunluğunu yoxlamaqdan ibarətdir. Keçirilmiş təlim eyni zamanda 2020-ci ildə 2-ci səviyyəli NATO qiymətləndirməsinə hazırlıq məqsədini daşıyır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin