Xırdalanda parkda qadın kişini bıçaqlayaraq öldürdü


Kriminal 08 İyn 2019 12:45:00 250 0

Xırdalanda parkda qadın kişini bıçaqlayaraq öldürdü

Qəsdən adam öldürməkdə təqsirli bilinən Qasımova Günel Eldar qızının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə hazırlıq iclası iyun ayının 18-də hakim Azər Paşayevin sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xırdalan şəhərində baş verib.

Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9 da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub.