"Narkoman olmuşam" Britaniya Baş naziri postuna namizəd


Dünya 08 İyn 2019 12:34:00 243 0

"Narkoman olmuşam"  Britaniya Baş naziri postuna namizəd

Böyük Britaniya Baş naziri vəzifəsinə namizəd Maykl Qouv vaxtilə narkotik qəbul etdiyini etiraf edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, o, siyasətə gələnə qədər kokaindən istifadə etdiyini deyib.

"Həmin vaxt mən gənc jurnalist idim. Təbii ki, bu, yanlış hərəkət idi. Geriyə baxıram və düşünürəm ki, gərək belə etməyəydim", - Baş nazirliyə namizəd qeyd edib.

Bununla belə, M.Qouv hesab edir ki, keçmiş səhvlər insanı Mühafizəkarlar Partiyasının rəhbəri postuna namizədliyini irəli sürmək hüququndan məhrum etməməlidir.

M.Qouvu Mühafizəkarların parlament fraksiyasının üzvləri dəstəkləyirlər. Hazırda siyasətçi ətraf mühit məsələləri üzrə nazir vəzifəsində çalışır.