Bakıda akrobatika və idman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başlayıb


Digərləri 08 İyn 2019 12:20:00 224 0

Bakıda akrobatika və idman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başlayıb

Bu gün akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, həmçinin idman gimnastikası üzrə 26-cı Azərbaycan birinciliyi və Bakı çempionatı başlayıb

Bakı. İyunun 8-də Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, həmçinin idman gimnastikası üzrə 26-cı Azərbaycan birinciliyi və Bakı çempionatı başlayıb. Trend-in məlumatına görə, 2 gün keçiriləcək yerli turnirə ilk olaraq idman gimnastları start verir. İştirakçılar yarışlar ərzində “böyüklər”, “gənclər”, “yeniyetmələr”, “uşaqlar”, “balacalar” və “kiçiklər” yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar. Akrobatlar isə “yeniyetmələr”, “uşaqlar” və “balacalar” yaş kateqoriyasında yer alaraq, qadın və kişi cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qrupları proqramında çıxış edəcəklər.