4 oğlan avtobusda lesbiyan qızları döyüb,


Dünya 08 İyn 2019 12:01:00 362 0

4 oğlan avtobusda lesbiyan qızları döyüb,

İngiltərənin paytaxtı Londonun şimalındakı Kamden bölgəsində insident baş verib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, avtobusa minən lesbiyan cütlük 4 nəfər oğlanın hücumuna məruz qalıb. Oğlanlar əvvəlcə onları öpüşməyə məcbur ediblər, sonra isə döyüblər.

Hadisədən sonra Melaniya Qeymonat sevgilisi Krislə birlikdə fotolarını "Facebook"da paylaşıb. O, bildirib ki, avtobusun arxa oturacağında əyləşəndə 4 oğlan onlara yaxınlaşıb, xuliqanlıq ediblər. Sonra isə qızları öpüşməyə məcbur ediblər və döyüblər. Hücum edən şəxslər avtobus dayanan kimi qaçıblar. Qızlar xəstəxanaya aparılıblar. London bələdiyyəsinin sədri Sadiq Xan məsələ ilə bağlı Tvitter-də paylaşım edərək hücumu qınayıb.


Xəbərə aid fotolar