KTN: Ölkədə barama tədarükü davam edir, 99,33 ton yaş barama təhvil verildi


Digərləri 08 İyn 2019 11:55:26 222 0

KTN: Ölkədə barama tədarükü davam edir, 99,33 ton yaş barama təhvil verildi

Respublika üzrə yaş barama tədarükü davam edir.

Bakı. Samir Əli - Respublika üzrə yaş barama tədarükü davam edir. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 8-dək kümçülər tərəfindən “Azəripək” MMC-yə 99,33 ton yaş barama təhvil verilib. Ən çox yaş barama təhvili iyunun 7-də qeydə alınıb. Qeyd olunan tarixdə kümçülər ümumilikdə 31,49 ton yaş barama təhvil veriblər. Barama tədarükünə görə Zərdab, Füzuli, Balakən, Zaqatala, Kürdəmir və Şəki rayonları öndədir. Bu günədək Zərdabda 30,19 ton, Füzulidə 22,82 ton, Balakəndə 13,57 ton, Zaqatalada 5,72 ton, Kürdəmirdə 5,64 ton, Şəkidə 5,39 ton yaş barama tədarük olunub. Hazırda ölkə üzrə 38 rayonda yaş barama tədarükü aparılır. Qeyd edək ki, 2019-cu ildə 800 ton barama istehsalı proqnozlaşdırılır. 2018-ci ildə kümçülər tərəfindən ümumilikdə 513,9 ton yaş barama təhvil verilib ki, bu da bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur. Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6,0 min tona çatdırılması nəzərdə tutulur.