Bakıda Rusiyadan qayıdan kişiyə ŞOK:


Kriminal 08 İyn 2019 11:33:00 249 0

Bakıda Rusiyadan qayıdan kişiyə ŞOK:

Bakıda 3 uşaq anası qətlə yetirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün səhər saatlarında Bakının Bayıl qəsəbəsində baş verib.

1981-ci il təvəllüdlü Mikayılova Kəmalə Hümmət qızı Arif İsmayılov küçəsində bıçaqlanıb, o, sürünərək qonşunun həyətinə keçib və orada vəfat edib.

Araşdırma zamanı müəyyən edilib ki, K.Mikayılova sevgilisi tərəfindən öldürülüb. Belə ki, qadının Rusiyada yaşayıb işləyən əri dünən Bakıya qayıdacaqmış. Bu səbəbdən Kəmalə və sevgilisi - 1982-ci il təvəllüdlü Abuşov Fərhad Cəlal oğlu evdə mübahisə ediblər.

Daha sonra K.Mikayılova küçəyə çıxaraq gedib. F.Abuşov bıçaq götürərək onun arxasınca gəlib və A.İsmayılov küçəsində ona bir neçə bıçaq zərbəsi vurub.