Bakıda kriminal avtoriteti niyə öldürdülər?


Kriminal 08 İyn 2019 11:22:00 261 0

Bakıda kriminal avtoriteti niyə öldürdülər?

Bakıda kriminal avtoritetin qətlinin təfərrüatı məlum olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Mübariz Budaqlıya atəşi Taleh Cəlalov açıb. 

Hadisə təqib zamanı baş verib. Belə ki, qurbanın avtomobili tıxaca düşüb və T.Cəlalov lüləsi kəsilmiş ov tüfəngindən atəş açıb. Əvvəlcə güllə avtomobilin ön şüşəsinə dəyib, ikinci atəş isə M.Budaqlını ölümcül yaralayıb.

Qətlin səbəbi isə M.Budaqlı ilə T.Cəlalov arasındakı uzunmüddətli münaqişə olub. Ədavət 2011-ci ildə meydana gəlib. Belə ki, M.Budaqlı və digər iki nəfər T.Cəlalovun həyat yoldaşı haqqında çirkin şayiələr yayıb.

Söz-söhbətləri eşidən T.Cəlalov digər iki nəfəri bıçaqlayıb və buna görə müəyyən müddət həbs cəzası çəkib. Lakin M.Budaqlı onun qəzəbindən yan keçə bilib.


Xəbərə aid fotolar