23 yaşlı qızı ilan sancdı


Digərləri 08 İyn 2019 10:29:00 208 0

23 yaşlı qızı ilan sancdı

Ağstafa sakinini ilan sancıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Saloğlu qəsəbə sakini 1996-cı il təvəllüdlü Ağabalıyeva Çiçək Nüsrət qızı axşam çağı evinə gedərkən yolda ilan onun sol ayağını sancıb.

Qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.