Bakıda kriminal avtoritet qətlinin TƏFƏRRÜATI


Kriminal 08 İyn 2019 09:39:00 268 0

Bakıda kriminal avtoritet qətlinin TƏFƏRRÜATI

Bakıda silahlı insident olub.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib.

Belə ki, naməlum şəxslər Azadlıq prospekti ilə hərəkətdə olan "Mercedes" markalı avtomobilə tapançadan atəş açıb. Nəticədə avtomobildə olan bir nəfər hadisə yerində keçinib. İlkin məlumata görə, onun kriminal avtoritet olduğu deyilir.

Bundan bir qədər sonra YPX əməkdaşları hadisədə şübhəli bilinən 10-GD-021 qeydiyyat nişanlı "BMW X5" markalı avtomobili saxlayıb. Avtomobildə iki nəfər olub. Onlardan biri Hüseynov Səxavət Oruc oğludur.

Qətl törətməkdə şübhəli bilinən digər şəxsin adı da məlum olub.

Bu, Cəlalov Taleh İbrahim oğludur. 

Hadisə yerindən qaçmaq istəyən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunun idarəetməsində olan 10-GD-021 qeydiyyat nişanlı "BMW X5" markalı avtomobil Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.


Xəbərə aid fotolar