Dubayda avtobus qəzasında ölənlərin vətəndaşlıqları məlum oldu


Dünya 08 İyn 2019 09:12:00 198 0

Dubayda avtobus qəzasında ölənlərin vətəndaşlıqları məlum oldu

Omanın "Mwasalat" nəqliyyat şirkəti ötən gün Dubayda avtobus qəzası nəticəsində ölənlərin əksəriyyətinin vətəndaşlıqlarını açıqlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində 11 Hindistan, 2 Pakistan, 1 İrlandiya və 1 Oman vətəndaşı həlak olub.

Bildirilir ki, daha 2 nəfərin kimliyi müəyyən edilməyib. Avtobusun sərnişinləri arasında, həmçinin Almaniya və Banqladeş vətəndaşlarının da olduğu qeyd edilir.

Qeyd edək ki, ümumilikdə qəza nəticəsində 17 nəfər həlak olub, onlardan 15-i hadisə yerində, 2-si isə daha sonra xəstəxanada dünyalarını dəyişiblər.