Bakıda avtomobil piyadanı vurdu


Digərləri 08 İyn 2019 08:58:00 187 0

Bakıda avtomobil piyadanı vurdu

Bakının Sabunçu rayonunda 57 yaşlı kişini avtomobil vurub.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə Zabrat yolunda baş verib.

10-FR-494 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik avtomobili piyada 1962-ci il təvəllüdlü Abbasov Rəsul Hüseyn oğlunu vurub.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona kəllə-beyin travması, baş beyinin silkələnməsi, qarının küt travması diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.