BKSa bir aylıq səfər kosmik turistə 59 milyon dollara başa gələcək
Digərləri 08 İyn 2019 08:38:00 202 0
Beynəlxalq Kosmik Stansiyaya uçuş və orada bir ay qalmaq kosmik turistə 59 milyon dollara başa gələ bilər.
Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Aeronavtika və kosmik məkanın tədqiqatı üzrə ABŞ-ın milli idarəsinin (NASA) maliyyə direktoru Ceff Devit brifinqdə bildirib.
Qeyd edək ki, NASA cümə günü BKS-nın kommersiya şirkətləri tərəfindən istifadəsinin genişləndirildiyini, eləcə də kosmik turizm, istehsal və marketinq üçün orbital stansiyanın açıldığını elan edib. Agentlik 2020-ci ildən başlayaraq hər il iki qısamüddəli turistik missiya yollamağı planlaşdırır.
Devit əlavə edib ki, orbitdə qalmaq, qidalanmaq, eləcə də həyat təminatı sistemlərindən istifadə üçün ödənişi turist artıq NASA-ya edəcək.
Mənbə: milli.az