Putinin mühafizəçisi Çin rəhbərini yıxılmağa qoymadı VİDEO


Dünya 08 İyn 2019 08:20:00 216 0

Putinin mühafizəçisi Çin rəhbərini yıxılmağa qoymadı  VİDEO

Rusiya prezidenti Vladimir Putinin mühafizəçilərindən biri Çin Xalq Respublikasının sədri Si Tszinpini səhnədə yıxılmaqdan qoruyub.

Son.az oxu.az-a istinadən bildirir ki, insident Peterburqda Beynəlxalq İqtisadi Forumun plenar sessiyasında qeydə alınıb. İki ölkənin liderləri çıxışlarını başa vurduqdan sonra zalı tərk etmək istəyib.Lakin sual vermək istəyən jurnalist və fotoqraflar səhnənin kənarına axışıblar.

Si Tszinpin zaldakılardan bir nəfərin əlini sıxmaq üçün əyilərkən, müvazinətini itirib və büdrəyib. Mühafizəçi cəld tərpənərək onu xilas edib.