ABŞda İlk kripto kafe açıldı


Digərləri 08 İyn 2019 08:21:00 218 0

ABŞda İlk kripto kafe açıldı

ABŞ-ın Florida ştatında ilk dəfə olaraq Smart Crypto Cafe adlı kripto kafe açıldı.

Son.az chip.az-a istinadən bildirir ki, yeni konseptdə olan kafedə müştərilər xidmət müqabilində dollarla bərabər bitcoin və digər kriptovalyutalarla ödəniş edə bilir. West Palm Beach şəhərinin mərkəzində yerləşən Smart Crypto Cafe kofe və kriptovalyuta həvəskarlarını bir araya gətirərək rəqəmsal valyutalara aid müxtəlif mövzularda müzakirə aparmağa imkan yaradır.