Almaniyada ağır yol qəzası, çox sayda xəsarət alan var


Dünya 08 İyn 2019 08:23:00 228 0

Almaniyada ağır yol qəzası, çox sayda xəsarət alan var

Almaniyanın Arnştadt şəhəri yaxınlığında məktəbliləri daşıyan avtobus minik avtomobili ilə toqquşub.

Son.az Trend-ə istinadən bildirir ki, toqquşma nəticəsində 21-i uşaq olmaqla 23 nəfər xəsarət alıb.

Ümumilikdə avtobusda 49 uşaq olub. Xəsarət alan 2 böüyk minik avtomobilində olub.

Qəzanın səbəbi araşdırılır.