Skypeda gözlənilən yenilik var


Digərləri 08 İyn 2019 08:25:00 220 0

Skypeda gözlənilən yenilik var

"Skype" mobil proqramının istifadəçiləri videozəng zamanı ekranda baş verənləri həmsöhbətlə paylaşa biləcəklər. Son.az ICTnews-a istinadən bildirir ki, ekranı həmsöhbətlə paylaşmaq üçün videoçağırış prosesində alt sağ küncdəki üç nöqtədən ibarət düyməyə sıxmaq lazımdır.

Bu funksiya ilk dəfə apreldə sınaqdan keçirilib. İndi sözügedən funksiya "Android" (6.0 və yuxarı) və "iOS" (12 və yuxarı) istifadəçilərinə əlçatandır. Həmçinin "Linux", "macOS" və "Windows 10" üçün proqramın versiyalarında ekranı paylaşmaq mümkündür.