Qubada Kia hasara çırpılıb


Digərləri 08 İyn 2019 07:55:00 246 0

Qubada Kia hasara çırpılıb

Qubada yol qəzası baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, Quba rayonunda "Kia" markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.