Türkiyə hərbçiləri PKK terrorçulara məxsus çox sayda silahsursat ələ keçiriblər


Dünya 08 İyn 2019 07:45:00 236 0

Türkiyə hərbçiləri PKK terrorçulara məxsus çox sayda silahsursat ələ keçiriblər

Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında PKK terror qruplaşmasına məxsus çox sayda silah, sursat və partlayıcı qurğular ələ keçiriblər.

Son.az Trend-ə istinadən bildirir ki, u barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Kərkük rayonunda aparılan xüsusi əməliyyat zamanı terrorçulara aid sığınacaq və iki mağara aşkar edilib: "Sığınacaq və mağaralarda 470 ədəd silah-sursat, 34 detonator, 10 ədəd əleyhqaz, tibbi avadanlıqların olduğu çanta, sənədlər, qidə məhsulları aşkar edilib".

Xatırladaq ki, mayın 28-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda irimiqyaslı əməliyyata başlayıblar.