Unity redaktoru rəsmi olaraq Linux'u dəstəkləməyə başladı


Digərləri 08 İyn 2019 07:31:00 224 0

Unity redaktoru rəsmi olaraq Linux'u dəstəkləməyə başladı

Məşhur oyun mühərriki olan Unity-nin redaktorunu Linux üçün artıq Unity-nin rəsmi saytından yükləmək olar. Bu barədə Habr.com saytı xəbər verib. Redaktor hələki 2019.1 versiyalı test rejimində bütün lisenziyalar (Personal, Plus və Pro) üçün aktivdir.

Son.az technote.az-a istinadən bildirir ki, redaktorun Linux əməliyyat sistemini tam dəstəkləməsi isə 2019.3 versiyası ilə başlayacaq. Qeyd etmək lazımdır ki, uzun müddət ərzində Linux üçün Unity istifadəsi 2015-ci ildə təqdim olunmuş təcrübi versiya vasitəsilə reallaşdırılırdı. Tərtibatçılar sonunda bu vəziyyəti düzəltməyi və Linux üçün rəsmi dəstəyi əlavə etməyi qərara aldılar. Linux-da redaktor üçün onlar aşağıda qeyd olunmuş ayarları məsləhət görürlər:

Ubuntu 16.04, 18.04 və ya CentOS 7

x86/64 arxitekturası

X windows system-li gnome işlək mühiti