MIUIdə reklam elanları dəyişir


Digərləri 08 İyn 2019 07:11:00 283 0

MIUIdə reklam elanları dəyişir

Hələ bir neçə müddət bundan öncə Xiaomi smartfonlarının istifadəçiləri şirkətin MIUI interfeysində reklam elanlarının göstərilməsinə öz etirazlarını bildirmişdilər.

Son.az technote.az-a istinadən bildirir ki, şirkət isə bu məsələdə istifadəçilərinin rəylərini nəzərə alacağına söz vermişdi. Beləliklə bugün şirkətin MIUI Experience şöbəsinin baş meneceri yenilənmiş MIUI interfeysinə hansı dəyişikliklərin əlavə olunduğunu və sadələşdirilmiş interfeysin nə zaman işıq üzü görəcəyi barəsində məlumat verdi. Bu barədə Mydrivers saytına istinadən 4pda saytı xəbər verib. MIUI şöbəsinin rəhbərinin sözlərinə görə şirkət sözügedən interfeysdə reklam elanlarının göstərilməsi sayının aşağı salınması yolunda 5 vacib yenilik tətbiq edib:

- Bəzi reklam elanlarının qiymətləndirilməsi və yaxın 2 ay ərzində onların saylarının azaldılması üzrə planlar

- Reklam axınında nalayiq kontentlər ilə mübarizənin daha da sərtləşdirilməsi

- Brauzerə olan yüklənmənin aşağı salınması (çox güman ki, söhbət, reklam trekerlərinin optimizasiyasından gedir)

- Reklamların yerləşdirilməsi zamanı reklam standartlarının nizamlanması. Reklam bannerlərinin interfeysi anlaşıqlı olmalıdır, istifadəçi onu asanlıqla gizlədə və ya deaktiv edə bilsin