Ərdoğan və xanımı Özilin toyunda şahid oldular (VİDEO)


Digərləri 08 İyn 2019 07:13:00 248 0

Ərdoğan və xanımı Özilin toyunda şahid oldular (VİDEO)

Ötən gün İngiltərənin "Arsenal" klubunun Almaniya vətəndaşı olan türk futbolçusu Məsut Özilin Əminə Gülşe ilə toyu olub

Bakı. Əli Qasımov - Ötən gün İngiltərənin "Arsenal" klubunun Almaniya vətəndaşı olan türk futbolçusu Məsut Özilin Əminə Gülşe ilə toyu olub. Trend-in məlumatına görə, futbolçunun toyunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun xanımı Əminə Ərdoğan da iştirak ediblər. T.Ərdoğan və xanımı toyda nikah şahidi qismində də çıxış ediblər. Futbolçunun toyunda nitq söyləyən Türkiyə lideri cütlüyə xoşbəstlik arzu edib və nikahı təsdiq edən sənədi Ə.Gülşeyə təqdim edib. Toy mərasimi İstanbulda ailə üzvlərinin və dostların iştirakı ilə keçirilib. Xatırladaq ki, ötən il Dünya Çempionatından öncə M.Özil Londonda işgüzar səfərdə olan Türkiyə prezidenti ilə görüşmüşdü. Görüşdən sonra türk futbolçu Almaniya azarkeşləri, KİV və siyasətçiləri tərəfindən qınaq oyektinə çevrilmişdi.