ABŞ F-35 qırıcılarında təlim keçən türk pilotlarını ölkələrinə göndərmək niyyətindədir


Digərləri 08 İyn 2019 06:16:00 211 0

ABŞ F-35 qırıcılarında təlim keçən türk pilotlarını ölkələrinə göndərmək niyyətindədir

F-35 qırıcı təyyarələrində təlim keçən türk pilotları 31 iyula qədər ABŞ-ı tərk etməlidirlər

Bakı. F-35 qırıcı təyyarələrində təlim keçən türk pilotları 31 iyula qədər ABŞ-ı tərk etməlidirlər. Trend-in məlumatına görə, bu barədə "Foreign Policy" jurnalı ABŞ müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahana istinadən xəbər verir. Məlumata əsasən, P.Şanahan Türkiyənin milli müdafiə naziri Hulusi Akara iyulun 31-i üçün Florida və Arizona ştatlarındakı bazalarda təlim keçən 42 türk pilotunun sənədlərinin ləğv ediləcəyi və onların bazalara buraxılmayacaqları barədə məlumatın olduğu məktub ünvanlayıb.