ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib


Digərləri 08 İyn 2019 03:27:00 205 0

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib

ABŞ höküməti İrana qarşı sanksiyalar siyahısını genişləndirib

Bakı. ABŞ höküməti İrana qarşı sanksiyalar siyahısını genişləndirib. Trend-in ABŞ Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, İranın "Persian Gulf Petrochemical Industries" (PGPIC) şirkəti və onun 30-dan artıq filialı sanksiyalar siyahısına daxil edilib. Bildirilir ki, "PGPIC" şirkətinin payına İranın neft-kimya istehsalının 40 faizi düşüb.