Qubada minik avtomobili yol kənarındakı hasara çırpılıb


Digərləri 08 İyn 2019 01:50:00 215 0

Qubada minik avtomobili yol kənarındakı hasara çırpılıb

Qubada yol qəzası baş verib

Bakı. Qubada yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Quba rayonunda “Kia” markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.